Əlaqə Arxiv
news Image
2013.01.07
14:22
| A A A
Sakit okeandan tapılan yeni kəşf
Movqe.az xəbər verir ki, Yaponiyalı alimlər ilk dəfə nəhəng bir mürəkkəb balığının Sakit okeanın şimalındakı Çiçi adasının 15 km şərqində 630 metr dərinlikdəki təbii həyatını görüntüləyə bilib. Elm adamları və jurnalistlər çox az oksigenin olduğu okeanın dərinliklərinə üzərək orada  400 saat vaxt keçirib. Yapon təşkilatı "NHK" və "US Discovery Channel"in ortaq işindən sonra gümüş rəngli böyük qara gözlü, 8 metr uzunluğundakı mürəkkəb balığı, axıntıya qarşı üzərkən görüntülənib. Nəhəng mürəkkəb balığının mənşəyinin mifologiyada adı keçən, Skandinaviya dənizində gəmilərə hücum edən əfsanəvi dəniz varlığı "Kraken"dən gəldiyi düşünülür. Əfsanələrə görə Kraken, bir ada qədər böyük, bir gəmini birbaşa təpəsinə qədər uzanan qollarıyla yıxa bilən əfsanəvi bir dəniz varlığıdır.
Sizin Reklam Yeriniz