Əlaqə Arxiv
news Image
2013.01.07
15:08
| A A A
Ərköyün uşaqlara hərbi cəza verilir
Movqe.az xəbər verir ki, Cənubi Koreyada ərköyün uşaqları öyrətmək üçün maraqlı bir üsul tətbiq olunur. Hər il yaşları 11-17 arasında olan yüzlərlə uşaq ölkənin cənubundakı Ansan şəhərindəki Blue Dragon (Mavi Əjdaha) adlı düşərgədə 4-14 gün davam edən "hərbi təhsilə" məruz qalır. Təqaüdçü dəniz piyadalarının təlim keçdiyi paytaxt Seulun 40 kilometr cənubundakı düşərgədə uşaqlara əsgərlərlə eyni təlim tətbiq olunur. Mənfi istilik dərəcələrində geyimsiz reallaşdırılan təhsildə, məktəb çantalarında olduqca ağır olan ağacları daşıyan uşaqların əzələlərinin güclənməsi təmin edilir. Günə, milli marşı avaz avaz söyləyərək başlayan uşaqlar arasında gender ayrı-seçkiliyi də edilmir. Cənubi Koreyalı valideynlər bu dayanıqlılıq testindən keçən uşaqlarının daha "güclü fərdlər" olacağını iddia edir.
Sizin Reklam Yeriniz