Əlaqə Arxiv
news Image
2013.01.07
16:39
| A A A
"Google" bu həftə Şimali Koreya səfərində
Movqe.Az xəbər verir ki, "Google" icra heyəti başçısı Erik Şmidt və ABŞ-ın Nyu Mexiko əyalətinin keçmiş qubernatoru Bill Riçardson, bu həftə içində Şimali Koreyanı ziyarət edəcək. Şmidt və Riçardsonun gələcək günlərdə ziyarət ilə əlaqədar mətbuat konfransı keçirilmələri gözlənilir. Digər tərəfdən alınan məlumata görə, Şimali Koreyanı ziyarət edəcək heyətə "Google İdea"nın müdiri Cered Cohen də qoşulacaq. Cohen, keçən iyul ayında Los Ancelesa şimali koreyalı qaçqınları dəvət edərək Şimali Koreyadakı yoxsulluq ilə bağlı bir konfrans təşkil etmişdi. Bu yaxınlarda "CBS" və "CNN" kanallarına qonaq olan Nyu Mexiko əyalətinin keçmiş qubernatoru Bill Riçardson gəzintiləri haqqında məlumat verib. Şimali Koreyanı tamamilə fərdi olaraq ziyarət etdiyini söyləyən Riçardson, ölkəsini təmsil etmək üçün getmədiyini söyləyib. Əvvəllər Şimali Koreyanı Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsi olaraq bir neçə dəfə ziyarət etdiyini vurğulayan köhnə qubernator, bu dəfə tamamilə sadə bir vətəndaş olaraq getdiyini sözlərinə əlavə edib. Richardson, "Google" icra heyəti başçısı Erik Şmidti eyham edərək gəzintinin bir ticarət gəzintisi olmadığını vurğulayıb. Şmidtin diplomatiya ilə əlaqəsi olduğunu ifadə edən Riçardson, özünü onun şəxsən dəvət etdiyini söyləyib.


Sizin Reklam Yeriniz