Keçmiş “First lady” albom çıxaracaq
Movqe.Az bildirir ki, Fransanın keçmiş
prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi
aprel ayında yeni albom çıxaracaq. "Little French Songs" adlı
albomda Fransanın məşhur yazıçılarının bəstələrinin olacağı
bildirilib. Avropanın ən məşhur sənət agentliyi "Artmedia"nın
sahibi Bertrand de Labbeyk, keçmiş "first lady"nin albomunun
tamamlandığını açıqlayıb. Labbeyk, mediaya da müraciət edərək
albomun sənət baxımından dəyərinin daha yaxşı başa düşülməsi üçün
Karla Bruninin "Elysee" günlərinin unudulmasını istəyib.
"Artmedia"nın müdiri, Bruninin siyasətçi bir şəxsiyyət olmadığını
xatırlatıb və keçmiş "first lady"nin yoldaşına qarşı edilən bütün
hücumlara çox həssas davrandığını və o dövrü pis keçirdiyini
söyləyib. Karla Bruninin əvvəllər verdiyi müsahibəsində, "Elysee"
sarayında yaşadığı günlərin çıxaracağı albomla əlaqəli ona heç bir
təsiri olmadığını bildirmişdi. Bruni, albomda həyat yoldaşı üçün
bir mahnının da yer alacağını açıqlamışdı. Xatırladaq ki, Karla
Bruni-Sarkozi son albomunu 2008-ci ildə çıxarıb.