Əlaqə Arxiv
news Image
2013.01.09
16:24
| A A A
"Messenger"ə əlvida
Məşhur mesajlaşma xidməti "Live Messenger" 15 martdan etibarən istifadə edilməyəcək. Movqe.Az bildirir ki, "Microsoft"un bir zamanların məşhur mesajlaşma proqramı "Live Messenger" son günlərini yaşayır. Bəzi "Live Messenger" istifadəçilərinə göndərilən "Microsoft" imzalı e-poçtlarda proqramın son istifadə tarixinin 15 mart 2013-cü il olduğu bildirilib. Bu tarixdən etibarən "Microsoft" istifadəçiləri "Skype"a istiqamətləndiriləcək. Bunun üçün istifadəçilərin ekranına bir bildiriş paneli gələcək və "Skype"a daxil olunması istəniləcək.
Sizin Reklam Yeriniz