Əlaqə Arxiv
news Image
2013.01.11
15:51
| A A A
Şəxsi mesaj 100 dollar
"Facebook" Zukerberqə mesaj göndərmək istəyənlərdən 100 dollar ödəniş alır. Movqe.Az bildirir ki, Texnologiya saytı "Mashable", "Facebook"da Mark Zukerberqə abunə olmayıb ona şəxsi mesaj göndərmək istəyənlərdən 100 dollar alındığını aşkar edib. Bununla 100 dollar ödəyib göndərdiyiniz mesajların oxunması istənməyən "​​Digər" hissəsinə getməsinin qarşısını ala bilərsiz. "Facebook" "Digər" məktublar hissəsiylə o anda oxumaq istəmədiyiniz məktubları ayırmağınızı təmin edir. Ancaq istifadəçilərin çoxu bu tətbiqdən xəbərsizdir və bu tətbiq əhəmiyyətli ismarıcların bəzən araya qarışmasına da səbəb olur. "Mashable"ın fərqli hesablardan yoxladığı mesaj göndərmə sınaqlarında, yalnız Zukerberqi izləyənlər üçün belə variant təqdim edildiyini aşkar edib. Zukerberqin "Facebook"da 16 milyondan çox izləyəni var.

Bundan əlavə, xatırladaq ki, "Facebook" dekabr ayında sayt üzrə mesaj göndərmə fəaliyyətini də pullu hala gətirməyi sınayacağını açıqlamışdı. Belə ki, bir-biriylə yoldaş olmayan şəxslər qarşı tərəfə mesaj göndərmək istədiyi zaman 1 dollar ödəyəcək. Bu ödəniş yalnız bir dəfə alınacaq.


Sizin Reklam Yeriniz