Əlaqə Arxiv
news Image
2013.01.11
18:35
| A A A
Fironun məbədində məzar tapıldı
Movqe.Az bildirir ki, Misirdə Kral II Amenhotepin məbədində çoxlu qəbrin olduğu bir qəbiristanlıq və müxtəlif tarixi əsərlər tapılıb. Misir Tarixi Əsərlər naziri Məhəmməd İbrahimin verdiyi yazılı müsahibəsində, Əl-Uksur şəhərində yerləşən Kral II Amenhotepin məbədində qəbiristanlıq taöıldığını bildirib. E.ə.1075 və 665-ci illər arasındakı dövrə aid olduğu ifadə edilən qəbirlərin tarixi əsərlər üzrə çalışan italiyalı bir heyət tərəfindən ortaya çıxarıldığını söyləyən İbrahim, daşdan hazırlanan məzarların hər birində taxta tabutlara, böyük heykəllərə və qablara rast gəlindiyini vurğulayıb. Üksür Tarixi Əsərlər müdiri Mənsur Berik, qəbiristanlıqdan tapılan 9 qabın tarixi əsərlər xəzinəsinə göndəriləcəyini və araşdırma işlərinin davam etdirələcəyini qeyd edib.

Xatırladaq ki, XVIII Firon ailəsinin VII kralı olaraq tanınan II Amenhotep e.ə. 1427-1401-ci illər arasında Misirə hökmdarlıq edib.

Sizin Reklam Yeriniz