Əlaqə Arxiv
news Image
2013.01.15
16:11
| A A A
Körpə iyulda doğulacaq
Movqe.Az bildirir ki, İngiltərə kral taxtının ikinci sıradakı varisi Şahzadə Uilliam ilə həyat yoldaşı Keytin körpəsinin iyul ayında dünyaya gələcəyi açıqlanıb. İngilis qəzetlərindən "The Daily Mail"-in saytında yer alan xəbərə görə, Onların əkiz körpə gözlədiyi iddiaları ortada gəzərkən "St James's Palace"da edilən çıxışda, "körpə" ifadəsinin istifadə edilməsi bu iddiaların yalan olduğunu isbat edib. Xatırladaq ki, Keyt ilə Uilliam 29 aprel 2011-ci ildə Londondakı "Westminster Katedral"ında təşkil edilən möhtəşəm mərasimlə ailə həyatı qurublar. Cütlüyün keçən ay körpə gözlədikləri açıqlanıb. İngiltərə kral taxtının üçüncü sıradakı varisi olacaq körpənin cinsiyyəti isə hələ müəyyən deyil. Cütlük daha əvvəl mətbuata verdiyi müsahibələrində, qız ya da oğlan fərqi yoxdur, amma iki uşaq istədiklərini bildiriblər.
Sizin Reklam Yeriniz