Ən yaxşı loqonu hazırla, 80 min dollar qazan!
Movqe.az xəbər verir ki, İnternet
nəhəngi "Google" uşaqlar
üçün hər il təşkil
etdiyi "Loqo 4
Google" üçün müraciət
toplamağa başlayıb. Yalnız
ABŞ sərhədlərində və
12-ci sinifə qədər
olan tələbələrin iştirak edəcəyi
yarışda şirkət ən
yaxşı loqonu
axtarır. "Google"ın
bu il üçün təyin
etdiyi loqo mövzusu
isə "My Best
Day Ever" yəni
"Həyatımdakı ən yaxşı
gün" olub. Müsabiqənin
qalibinə 30 min
dollarlıq təhsil təqaüdü
veriləcək. Şagirdin oxuduğu
məktəb isə 50
min dollar dəyərində
texnoloji infrastrukturla təmin
ediləcək. Həmçinin seçilən
loqonun "Google"ın əsas səhifəsində
bir gün ərzində
qalacağını və milyonlarla insanın
görəcəyini bildirib.