Hökümət valideynlərə xəbərdarlıq edib
Movqe.Az bildirir ki, Biseksuallığa qarşı
mübarizə aparan Malayziya Milli Təhsil Nazirliyi valideynləri
xəbərdar etmək üçün ölkə miqyasında yeni bir kampaniya başladıb.
Valideynləri uşaqlarının homoseksual olub-olmadığı mövzusunda oyaq
olmağa dəvət edən Nazirlik, biseksuallığın ip uclarını sıralalayıb.
Buna görə Malayziya Milli Təhsil Nazirliyi, "V" yaxalı köynək və ya
kimano köynək geyən oğlan uşaqların homoseksual olma ehtimalının
yüksək olduğunu bildirib. Malayziya Milli Təhsil nazirinin müavini
Mohd Puad Zarkaşinot, proqram çərçivəsində verdiyi konfransda,
"Valideynlər, diqqətli olun! Uşaqlarınız "V" yaxalı və ya kimano
köynək, çox dar şalvar və ya ümümiyyətlə açıq rəng paltarlar
geyməyə üstünlük verirlərsə və fiquralı bir bədənə sahibdirlərsə
biseksual olma ehtimalları yüksəkdir." xəbərdarlığını edib. Nazir
müavini, Malayziyada xalqın çox az bir hissəsinin bu mövzuda
məlumat sahibi olduğunu söyləyərək valideynləri əlamətlər
mövzusunda oyaq olmağa çağırıb. Malayziyada biseksuallıq qadağandır
və "təbiətə zidd" olaraq qəbul edilir.