Əlaqə Arxiv
news Image
2013.01.17
16:45
| A A A
20 dollara "saxta sevgili" profili
Bu profil, köhnə sevgililərini qısqandırmaq istəyən kişilər üçün yaradılır. Movqe.Az bildirir ki, Braziliyada bir internet saytı, ayrılıq ağrısı yaşayan kişilərə köhnə sevgililərini internet vasitəsilə qısqandıra bilmələri üçün 20 dollar qarşılığında "saxta sevgili" profili yaradır. "NamoroFake.com.br" saytında yaradılan "saxta sevgili" profili sosial şəbəkə "Facebook"da 7 gün istifadə edilə bilir. Saytın qurucusu Flavio Estevam, müraciət edənlər üçün  20 dollar qarşılığında hazırlanan profilin saxta olduğunu vurğulayıb. Estevam, gələcəkdə "qadınların da köməyinə çatacaqlarını" planlaşdırdıqlarını qeyd edib.
Sizin Reklam Yeriniz