Əlaqə Arxiv
news Image
2013.01.23
18:20
| A A A
Ölkədə qar topu oynamaq qadağan edildi
Movqe.Az bildirir ki, Belçikanın Flaman, Flanders bölgəsində olan bələdiyyələr qartopu oynamağı qadağan edib. "De Standaard" qəzetinin xəbərinə görə, bu il həddindən artıq soyuq və qarla örtülən Belçikanın Flanders bölgəsində olan bələdiyyələr, qartopu oyununun həm kiçiklər, həm də böyüklər üçün sağlamlığa zərərli olduğuna qərar verib. Bələdiyyələr insanların bir-birinə qartopu atması ilə bir-birinə daş atmağın eyni olduğunu bildirərək, qartopu oynayanlara 100 avro pul cəzası veriləcəyini vurğulayıb. Qadağa şəxsən polis tərəfindən təsdiq ediləcək. Belçika mətbuatı isə qərarla bağlı zarafat edərək, Flandersli bələdiyyələr büdcələrindəki azalmaları aradan qaldırmaq üçün yeni bir yol tapdığını yazıb.
Sizin Reklam Yeriniz