Qadınlar nə zaman yaşlı görünür?
Movqe.Az bildirir ki, Elm adamları,
qadınların hər çərşənbə günortadan sonra saat 15.30-da ən yaşlı və
ən yorğun hallarında olduqlarını təyin ediblər. Bir kosmetika
firması tərəfindən İngiltərədə və ABŞ-da yüzlərlə qadının
iştirakıyla aparılan araşdırma, hər 10 qadından birinin çərşənbə
gününün həftənin ən stresli günü olaraq gördüyünü məlum edib.
Araşdırmaya görə, çərşənbə günortadan sonra enerji səviyyələrinin
son həddə çatması, iş stressinin çoxalması və həftə sonunda qalan
yorğunluğun bütün təsirini göstərməsi nəticəsində qadınlar yaşlı
görünür və özlərini yaşlı hiss edirlər. Qadınların özlərini ən
xoşbəxt hiss etdikləri gün isə cümə günüdür. Araşdırmaya qatılan
qadınların 60 faizi, cümə günü özlərini son dərəcə xoşbəxt və şən
hiss etdiklərini bildiriblər. Bazar ertəsi gecəsi, qadınların
yuxusuzluqdan ən çox şikayət etdikləri gecə olaraq təyin olunub.
Yuxusuzluğun təsirləri üz və boyun bölgəsində 48 saat sonra
təsirini göstərdiyi üçün qadınlar, çərşənbə günü daha yaşlı
görünür. Çərşənbə günü, qadınların ümumiyyətlə bazar ertəsi
başladıqları rejimlərini və dəri baxımlarını da ən çox tərk
etdikləri gün olaraq təyin olunub.