Əlaqə Arxiv
news Image
2013.01.24
17:47
| A A A
Dünyada bir ilk
Movqe.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı "University College London" dəri xərçəngi səbəbiylə burnunu itirən, adının açıqlanmasını istəməyən bir adamının qolunda yeni bir burun inkişaf etdirilir. Dünyada bir ilkə imza atdıqlarını söyləyən Prof. Alex Seifalian, "Hər şey yolunda gedərsə burun, 56 yaşlı xəstənin üzünə tikiləcək. Yeni burnu da köhnəsinə bənzəyəcək, köhnəsi kimi burun sümüyü sola doğru əyri olacaq" deyib.
 Seifalian, müvəffəqiyyətli olduqları təqdirdə qəzada burunlarını itirənlər yaralı əsgərlərin müalicə üsulundan yararlana biləcəyini söyləyib. Xərçəng səbəbiylə zərər görən burnu əməliyyatla alınan xəstənin yeni burnunun təməli, laboratoriyada, kök hüceyrələrin dayana bilməsi üçün münasib bal pətəyinə oxşayan sintetik bir vəsait istifadə edilərək atılıb. Bu vaxt, xəstənin qol dərisi, kiçik bir şarın köməyiylə genişləndirilərək burnun yerləşdirilməsi üçün uyğun hala gətirilib. Dəri altına şarın yerinə qoldakı damar sinirlərlə uyğunlaşma təmin etməsi, dəriylə örtülməsi üçün burun yerləşdirilib. Seifalian, üç aylıq müddət bitincə burnu qol dərisinin altından götürüb yerinə nköçürəcəklərini, qol dərisinin qısa müddətdə normala dönəcəyini söyləyib.
Sizin Reklam Yeriniz