Əlaqə Arxiv
news Image
2013.01.29
18:00
| A A A
10 cırtdan fil ölü tapılıb
Movqe.Az bildirir ki, Malayziyada nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olduğu üçün qoruma altına alınan 10 Borneo cırtdan filin ölü olduğu bildirilib. Rəsmilər Borneo adasındakı "Gunung Rara" adlı meşədə olan fillərin zəhərləndiyindən  şübhələndiklərini açıqlayıblar. Fillərin yan-yana olduqları, ölü anasını oyandırmağa çalışan 3 aylıq bala filin isə qurtarıldığı qeyd edilib. Fillərin zəhərlənib zəhərlənmədiyinin təyin olunması üçün yarılma ediləcəyini, yarılma nəticəsinə görə günahkarların ədalət qarşısına çıxarılacağı bildirilib. Dünya Təbiəti Qoruma Vəqfi (WWF), Borneo cırtdan fillərin ədədlərinin sürətlə azaldığını və təbiətdə təxminən 1500 cırtdan fil qaldığını güman edir. Borneo adasında yaşayan cırtdan fillər, böyük qulaqları, uzun quyruqları və körpə üzləri ilə digərlərindən fərqlənir.
Sizin Reklam Yeriniz