Əlaqə Arxiv
news Image
2012.08.01
19:34
| A A A
“Dropbox” “bulud” xidməti hakerlərin qurbanı olub

"Dropbox" "bulud" xidməti müştərilərinə spamın göndərilməsi ilə bağlı vəziyyəti araşdırıb. Şirkətin əməkdaşlarından birinin hesabının "qırılması"nın buna səbəb olduğu ortaya çıxıb. Nəticədə hakerlər "Dropbox" poçt qutularının verilənlər bazasına çıxış əldə ediblər.

Movqe.Az "vesti.ru" saytına istinadən bildirir ki, şifrələrin kibercinayətkarların əllərinə keçməsi məlum deyil. Həmçinin spamın göndərilməsi ilə bağlı olmayan az sayda "Dropbox" hesabının "qırılması" elan edilib.
Məlumat üçün bildirək ki, Dryu Hyuston və Araş Ferdovski tərəfindən yaradılmış "Dropbox" onlayn-xidməti 2007-ci ildə istifadəyə verilib. Xidmət vasitəsilə faylları internet vasitəsilə saxlamaq və sinxronlaşdırmaq, həmçinin digər istifadəçilərlə mübadilə etmək mümkündür.
Sizin Reklam Yeriniz