Əlaqə Arxiv
news Image
2012.10.03
17:09
| A A A
Gənclərdən “İdman İli”nə ictimai dəstək
GTM-Idman-Klubu.jpg Movqe.Az xəbər verir ki, ölkəmizdə "İdman İli"nə ictimai dəstək vermək məqsədilə Gənclər üçün Təhsil Mərkəzi bu gün özünün İdman Klubunu yaratdı və fəaliyyətinə start verdi.
Klubun yaradılmasında əsas məqsəd Bakı və regionlarda gənclərin müxtəlif idman növlərinə həvəsləndirilməsi, idman təhsilinin inkişaf etdirilməsi və gənclər tərəfindən idmana ictimai dəstək verməkdir.
Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov mətbuata açıqlamasında bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin 2012-ci ili "İdman İli" elan etməsi idmançılar, idman ictimaiyyəti və idmansevərlər üçün gözəl bir hədiyyədir. Ölkəmizdə idmana xüsusi diqqət göstərilir. Bu il çərçivəsində ölkəmizdə idmanın daha da inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülmüş, müxtəlif beynəlxalq yarış və tədbirlər keçirilmişdir. Belə bir prosesdə biz gənclər passiv olmamalı, ölkə rəhbərliyinin bu mesajına uyğun hərəkət etməli, bütün gənclərimizi idmana həvəsləndirməliyik. Bu baxımdan biz idmanın inkişafına ictimai dəstək vermək və region gəncləri arasında idmana marağın daha da artırılması üçün müxtəlif tədbirlər həyata keçirməyi nəzərdə tuturuq.
Qeyd edək ki, Klub öz fəaliyyəti çərçivəsində müxtəlif idman aksiyaları, məlumatlandırma kampaniyaları, idman yarışları, beynəlxalq təcrübə və səfər proqramları, təqdimatlar və digər tədbirlər təşkil edəcək.
Sizin Reklam Yeriniz