Əlaqə Arxiv
news Image
2012.10.09
16:36
| A A A
Əcnəbilər Azərbaycan dilində danışacaqlar
Movqe.Az xəbər verir ki, bu gün Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdəki əcnəbilər üçün növbəti "Azərbaycan dili Məktəbi"nə qəbul elan edib.
Məktəbin əsas məqsədi ölkəmizdə təhsil alan, yaşayan və işləyən əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərinin təbliğinə kömək etməkdir.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin verdiyi məlumata əsasən yaşı 16-dan yuxarı olan və ana dilimizi öyrənmək istəyən hər bir ingilis dilli şəxs Məktəbdə qeydiyyatdan keçə bilər. Qeydiyyat oktyabr ayının sonuna qədər davam edəcək.
Azərbaycan dili Məktəbi pulsuz olaraq, hər bir qrup üçün 6 ay davam edəcək. Məktəbdə ana dilimiz interaktiv metodlarla tədris edilməklə yanaşı, əcnəbilərin ölkəmizin mədəni irsi ilə daha yaxından tanış olması üçün əlavə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Məktəb bugünədək 60-dan çox əcnəbinin Azərbaycan dilini öyrənməsinə nail olunub.
Sizin Reklam Yeriniz