Əlaqə Arxiv
news Image
2012.11.21
16:22
| A A A
Ömürlük məhbusların əfv müraciəti nə yerdədir?
Fəzail Ağamalı: «Əgər müəyyən kriteyaları, meyarları aşmırsa, əlavə problemlər yaratmırsa, buna baxmaq və qəbul etmək olar» Çingiz Qənizadə: «2000-ci ilə qədər həbsdə olmuş və ömürlük həbs cəzası almış məhbusların cəzasının azaldılmasından söhbət gedə bilər» Məlumat verildyi kimi bir qrup ömürlük məhbus iki ay əvvəl ombudsmana müraciət edib. Məhbuslar 1998-ci il, fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmünün ləğv olunduğunu xatırladaraq bildirib ki, sənəd vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini də nəzərdə tutub. Bununla razılaşmayan məhbuslar cəzalarını yüngülləşdirilməsini istəyirlər. Ombudsman Aparatı  isə ömürlük məhbusların müraciətini Milli Məclisə göndərib. Bu müraciətə hələ ki cavab verilməyib.
Bəs məhbusların istəklərinin yerinə yetirilməsi, yəni cəzanın azaldılması mümkündürmü?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı məsələ ilə bağlı aşağıdakı Mövqe.Az-a açıqlamanı verib: "Ombudsman bu təklif ilə çıxış edərkən heç şübhəsiz ki, Azərbaycanın milli qanunvericiliyini nəzərə alıb cəmiyyətimiz üçün xüsusi təhlükə təşkil etməyənlərə, bu kateqoriyaya daxil olanlara belə bir güzəştin edilməsini  əsas götürüb. Humanizim məqsədi güdən, humanizmə söykənən bir prinsipə əsaslanaraq belə bir təklif ilə çıxış edib. Əlbəttə, buna mən mənfi baxmıram, müsbət yanaşıram. Ölkə prezidentinin həyata keçirdiyi, ənənəvi və davamlı xarakter daşıyan  əfv etmə siyasəti var. Bu siyasət nəticəsində minlərlə insan cəzasını tam çəkmədən azadlığa buraxılır, o insanlar yenidən öz ailələrinə qovuşurlar. Öz ailələri ilə birlikdə olurlar. Bu dövlətimizin, ölkə prezidentinin həyata keçirdiyi humanitar siyasətin tərkib hissəsidir. Eyni zamanda Heydər Əliyev Fondu da amnitsiya ilə bağlı təklif ilə çıxış edib. Bu da Milli Məclisdə çox hörmət ilə qarşılanıb və bu addım atılıb. Obdusman da ömürlük məhbusların müraciətini Milli Məclisə göndərib. Əlbəttə, buna baxmaq olar. Əgər müəyyən kriteyaları, meyarları aşmırsa, əlavə problemlər yaratmırsa,  buna baxmaq və qəbul etmək olar".
Millət vəkili Çingiz Qənizadə məsələ ilə bağlı Mövqe.Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Bütün ömürlük həbs cəzası almış şəxslərin cəzalarının dəyişdirilməsi ilə bağlı Ombudusman belə bir müraciət edə bilməz. Çünki ömürlük həbsə məhkum edilmiş şəxslər arasına layiqli cəza alanlar da var. 2000-ci ilə qədər həbsdə olmuş və ömürlük həbs cəzası almış məhbusların cəzasının azaldılmasından söhbət gedə bilər. Bununla bağlı müzakirələr aparılsa, orada öz fikrimi deyərəm ki, 2000-ci ilə qədər həbs olunmuş və ömürlük cəza almış məhbusların cəzası dəyişdirilməlidir. Ömürlük həbs cəzası dəyişdirilərək 15 il ilə əvəzlənməlidir."
Sizin Reklam Yeriniz