Əlaqə Arxiv
news Image
2012.04.20
13:57
| A A A
İran haqqında qalmaqallı iddia yayıldı
Londonda yayımlanan hesabatda İranın İraqdan külli miqdarda neft oğurladığı yazılıb Londonda Mərkəzləşmiş Beynəlxalq İnkişaf Tədqiqat Mərkəzinin hesabatında İran haqqında mübahisəli iddialar yer alıb. Hesabata İslam ölkəsinin qonşu İraqdan külli miqdarda neft oğurladığı iddia olunur. Hesabata əsasən, İran əslində İraqın ərazi sərhədlərinə daxil olduğu neft yataqlarından 17 milyard dollar məbləğində neft hasil edib. Əsasən Dehloran, Neft Şəhr, Qərbi Beydər və Əbən yataqlarından hasil olunan xam neftin təqribi miqdarı 130 min barrelə yaxındır. İranın qonşu ölkənin neft hüquqlarını pozması halı eyni ilə Əl-Təyəb və Fəkkə yataqlarında da da qeydə alınıb.
İraq ərazisində hasil olunan neftdən gələn gəlirlərin İraqın neft gəlirlərinin 14 faizinə yaxın olduğu bildirilir. Hesabata əsasən, İraq ərazisində hasil olan neftin İrana daşınması, günə 35 min barrel olmaqla, yerli qaçaqmalçı şəbəkələr vasitəsilə həyata keçirilir.

Sizin Reklam Yeriniz