Əlaqə Arxiv
news Image
2012.12.14
17:07
| A A A
“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”na dəyişiklik edilib
Azərbaycan Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na dəyişikliklər edib. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişiklik "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Dəyişikliyə əsasən "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 5.8-ci və 6.21-ci bəndlərdə "hərbi komissarlığa" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə" sözləri ilə, 6.9.6-cı yarımbənddə "çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin" sözləri "ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin" sözləri ilə, həmin qaydalara 1 nömrəli əlavənin cədvəlində "Hərbi uçot yeri" sözləri "Hərbi qeydiyyatda olduğu yer" sözləri ilə, qaydalara 2 nömrəli əlavədə "___hərbi komissarlığının uçotundadır" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ___idarəsində (şöbəsində, bölməsində) hərbi qeydiyyatdadır" sözləri ilə əvəz edilib.
Sizin Reklam Yeriniz