Əlaqə Arxiv
news Image
2012.12.17
11:14
| A A A
Qubada könüllü layihəsi davam etdirir -FOTOLAR
Movqe.Az xəbər verir ki, ötən həftə Qubada fəaliyyət göstərən Azad Könüllülər Klubunun "Ədəbiyyat məktəbi" adlı könüllü layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub. Tədbir Quba rayon Mərkəzi kitabxanasının oxu zalında keçirilib. Tədbirdə iştirak edən gənclər 1-ci hissədə ədəbiyyatda dedektiv janrı barədə klubun üzvü Cahangir Eyyubovun təqdimatından sonra əvvəlcədən seçilmiş mövzular haqqında müzakirə ediblər. 2-ci hissədə isə dünyaca tanınmış yazarımız Çingiz Abdullayevin həyat və yaradıcılığı haqqında iştirakçılara dolğun məlumat verilib.
Azad Könüllülər Klubu’nun sədri Mehman Məmmədovun verdiyi məlumata görə, layihə çərçivəsində gələn ilin may ayına qədər hər ay müxtəlif yerli və əcnəbi yazarların həyat və yaradıcılığı haqqında gənclərə məlumat veriləcək və ən azı 7 seminara qatılan iştirakçılara sertifikatlar təqdim ediləcək.
Xatırladaq ki, Azad Könüllülər Klubu bu il Qubada təsis olunub və şimal bölgəsində gənclərin maarifçiliyə həvəsləndirilməsi, onların aktiv ictimai fəaliyyətə cəlb olunmasına çalışan müstəqil düşüncəli gənclərin birliyidir.



Sizin Reklam Yeriniz