Əlaqə Arxiv
news Image
2012.12.18
17:28
| A A A
BSU-da “Səfir saatı”
Həmişə fərqli layihələri ilə seçilən Bakı Slavyan Universitetinin özünəməxsus formatda təşkil etdiyi "Səfir saatı" klubunun dekabrın 8-də növbəti qonağı Niderland Krallığının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Aryen Uyterlinde oldu. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev auditoriyanı salamlayaraq qonağı təqdim etdi: "Çox şadam ki, bu "Səfir saatı" klubunun növbəti qonağı artıq ikinci dəfə universitetimizə təşrif buyurmuş cənab Aryen Uyterlindedir. BSU-nun tələbələri ilə görüş onun üçün çox maraqlıdır və güman edirəm ki, Aryen Uyterlinde ilə ünsiyyət sizin üçün də son dərəcədə maraqlı olacaq, çünki o həqiqətən də Niderlandın səfiri olmaqla yanaşı,bir şəxsiyyət kimi də çox maraqlı insandır". "Onunla dünya mədəniyyəti, elm, təhsil, ədəbiyyatla, bağlı olduqca məzmunlu və faydalı söhbət alına bilər" deyən rektor tələbələri qonaqla fəal müzakirəyə dəvət etdi. Çıxışının sonunda K.Abdullayev səfir Aryen Uyterlindeyə universitet kollektivi ilə görüşə gəldiyinə görə dərin təşəkkürünü və bu ünsiyyətin gələcəkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Aryen Uyterlinde dəvətə görə universitet rəhbərliyinə təşəkkür etdi və bildirdi ki, bugünki görüşün mövzusu Hollandiyanı bir ölkə kimi BSU tələbələrinə daha yaxından tanıtmaqdır. Tədbirdə Niderlandın bugünki iqtisadi gücü, kənd təssərrüfatının müasir durumu, turizmin inkişafı ilə bağlı maraqlı videofilm nümayiş olundu.
Dünya və Avropa Birliyi və iqtisadiyyatında öz ölkəsinin rolundan danışan səfir A.Uyterlinde Niderlandın beynəlxalq əlaqələri, iqtisadiyyatı, tarixi və mədəniyyəti, haqqında tələbələrin verdiyi sualları da səmimi cavablandırdı.
Sonda qonaq tələbələrlə xatirə şəkli çəkdirdi, BSU-nun Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sizin Reklam Yeriniz