Əlaqə Arxiv
news Image
2012.12.19
18:56
| A A A
Sertifikatsız uşaq oyuncaqları
Yusif Bəkirov : «Bu sahədə qanunu sərtləşdirmək lazımdır» Adil Qeybulla: «. Nəinki plastik materialdan olan uşaq oyuncaqları, ümumiyyətlə, plastik qablardan istifadə edilməsi ziyanlıdır» Məlumdur ki, Nazirlər Kabinetinin 1 iyul 1993-sü il tarixdə çıxardığı 343 saylı sərəncamına əsasən uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir.
Düzdür, Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub. Amma təəssüf ki, bazarlarda hələ də keyfiyyətsiz, bəzən isə uşaqların səhhətiən təhlükə yarada biləcək oyuncaqlara rast gəlmək mümkündür.
Bəs bu keyfiyyətsiz oyuncaqların nə kimi zərərləri var? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında bildirib: "Bu məsələdə sualdan sual yaranır. Ola bilsin ki, sertifikatı olsun, ancaq oyuncaq zərərlidir. Burda sertifikat məsələsi yetmir. Uşağın sağlamlığından söhbət gedir. Bu sahədə qanunu sərtləşdirmək lazımdır. İstər sertifikatı olsun, istər olmasın, kim uşaqların sağlamlığına ziyan gətirsə, məsuliyyət daşımalıdır. Özü də ağır məsuliyyət. Bunun üçün cinayət işi açılmalıdır, kim gətiribsə, hansı firmadan alıbsa, cinayət törətdiyi üçün məsuliyyətə cəlb olunmalıdır. Ola bilsin, sertifkat da verilsin, amma oyuncaq zərərli olsun. Belə hadisələr bütün dünyada müşahidə olunur.
Digər tərəfdən uşaq oyuncaqları ilə bağlı yerli istehsal ona görə yox səviyyəsindədir ki, mexanizm yoxdur. Xaricdə bu mexanizm hazırdır. Ordan məhsul birbaşa gətirilir. Burada istehsal yaratmaq üçün maya qoyulmalıdır. Sahibkar burada az xeyir əldə edir. Xaricdən gətimək isə daha sərfəlidir".
Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı aşağıdakı fikirləri səsləndirib: "Plastik materiallardan istifadə ilə bağlı xeyli ciddi problemlər var. Çində istehsal olunmuş və Azərbaycan ərazisinə daxil olan oyuncaqların təhlükəliliyi haqqında dəfələrlə həyəcan təbili çalınıb. Plastmas materialda dioksin adlanan maddə ifraz olunur. Bu da uşaq orqanizmi üçün həddən artıq ziyanlıdır. Müxtəlif orqanlarda problemlərin yaşanmasına gətirib çıxara bilər. Ona görə də Çin istehsalı olan uşaq oyuncaqlarından istifadəyə, uşaqların onunla təmasına çalışmaq lazımdır ki, imkan verilməsin. Nəinki plastik materialdan olan uşaq oyuncaqları, ümumiyyətlə, plastik qablardan istifadə edilməsi ziyanlıdır. Sakit okeana o qədər bu cür plastik qablar tullanıb ki, onu təmizləmək üçün təxminən 25 il vaxt lazımdır. Bütün ekologiya korlanır. Sonra bunların məhv edilməsi problemi ortaya çıxır. Ona görə də hesab edirəm ki, bu çox ciddi bir məsələdir. Artıq dünyada bununla bağlı ciddi şəkildə düşünülür.
Vətəndaşların zərərli oyuncaqların qarşısının alınmasında aktiv iştirakı isə ondan ibarət olmalıdır ki, insanlar bu cür oyuncaqları baykot etsinlər, almasınlar. Belə oyuncaqlar alınmadıqda gətirilməsinə də maraq azalacaq. Hələlik bizim əlimizdə olan vasitə budur. Azərbaycan ərazisinə daxil olan, orqanizmə zərər vuran məhsulların keyfiyyət parametrlərinə nəzarət olmalıdır. Çox təəssüflər olsun ki, bəzən bu məsələlərdə problemlər ortaya çıxır.
Bu sahədə yerli istehsal da var. Amma yerli istehsalın özünün də xeyli problemləri var. Yerli istehsalda da ilkin xammalın haradan gətirilməsinin böyük önəmi var. Azərbaycanda, əsasən də Sumqayıtda çoxlu plastik materialların hazırlanması üçün lazım olan ilkin xammal istehsal olunur. Onlardan istifadə oluna bilər. Amma hər halda məhsullar müəyyən beynəlxalq standartlara cavab verməlidir. Materiallar tam təhlükəsiz olmalıdır".
Sizin Reklam Yeriniz