Əlaqə Arxiv
news Image
2019.10.07
21:16
| A A A
Beşiktaş futbolçusu 4 ay oynamayacaq

Beşiktaş ciddi itkilərlə üzləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, “qara qartallar”ın futbolçusu Dorukan Toköz zədələnib.  Superliqanın VII turunun “Alanyaspor”la oyununda (2:0) diz bağları qopan Dorukan əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Həmin oyunda Beşiktaş-ın daha iki futbolçusu - Kevin Nkudu və Oğuzhan Özyakup da sıradan çıxıb. Amma bu gündən müalicələrinə start verilən bu oyunçuların zədəsi elə də ciddi deyil və onların tezliklə sıraya dönməsi gözlənilir.

Sizin Reklam Yeriniz