Əlaqə Arxiv
news Image
2012.04.03
20:08
| A A A
Kriştianu Ronaldo üçün fantastik təklif "Mançester Siti" dünya futbolunda yeni rekord müəyyənləşdirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, planetin ən yüksək maliyyə imkanlarına malik "şəhərlilər" Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldonun keçidi ilə bağlı rəsmi təklif irəli sürüb. Artıq 2 hər klubun nümayəndələri transferlə bağlı görüşüb. Mançester təmsilçisi 27 yaşlı portuqaliyalı hücumçuya görə həmşəhərliləri "Mançester Yunayted"in 2009-cu ildə "Real"a satdığı məbləğdən - 80 milyon funt sterlinqdən çox pul təklif edir. Bu isə dünya futbolunda görünməmiş transfer olacağı deməkdir. Yəni dünyanın ən bahalı futbolçusu olan Kriştianu həmin məbləğə satılarsa, öz rekordunu yeniləmiş olacaq. Özü də milyarder ərəb şeyxlərinin himayədarlıq etdiyi "Mançester Siti" Ronaldoya həftəyə rekord məbləğ - 500 min funt sterlinq məvacib verməyə hazırdır.
Sizin Reklam Yeriniz