“Neftçi” dünya klublarının reytinq siyahısında irəliləyib
Beynəlxalq Futbol Tarixi və
Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq
cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ay
ölkəmizin dünyanın ən yaxşı 400 klubu siyahısındakı yeganə
təmsilçisi olan "İnter" bu dəfə sıralamada yer almayıb.
Belə ki, Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmasından sonra bakılılar cədvəldə uzun müddət qala bilməyiblər.
"İnter"in əvəzinə siyahıya "Neftçi" daxil olub. Bu il Çempionlar Liqasında uduzaraq Avroliqaya keçən və qrupa düşən Böyükağa Hacıyevin yetirmələri 73 xalla 305-ci pilləyə şəriklər sırasında yer alıb. Ötən ay 566-cı olan "ağ-qaralar" buna 261 pilləlik sıçrayış hesabına nail olub.
"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İtaliya "İnter"i 29-cu, Rusiya "Rubin"i 83-cü, Serbiya "Partizan"ı isə 125-cidir. 400 komandalıq siyahının ilk 3 pilləsində isə dəyişiklik yoxdur.
İspaniya təmsilçiləri "Barselona" 346 xalla 1-ci. "Real" 293 xalla 3-cüdürsə, Çilinin "Universidad" klubu 317 xalla 2-ci pillədə qərarlaşıb.