Ronaldo «böyük beşlik»də təkbaşına 52 komandadan daha çox qol vurub!
İspaniya La Liqasında
bu mövsüm
40 qola
imza atan
"Real"ın hücumçusu
Kriştiano Ronaldo bu
göstəriciylə Avropanın beş
böyük çempionatında yer
alan 52
komandanı geridə qoyub. Yəni portuqaliyalı
təkbaşına bu komandaların
hamısından daha çox qol vurub. Qol.Az-ın İspaniya mətbuatına
istinadən yaydığı məlumata
görə,
"Atletiko" ilə son matçda
het-trikə imza atan
Ronaldo bununla da
"Real"ın La Liqada cari
mövsümdəki qollarının sayını
104-ə
çatdırıb.
Ronaldo şəxsən özü
İspaniya çempionatında 12
komandadan -
"Osasuna",
"Sevilya",
"Espanyol",
"Hetafe",
"Malyorka",
"Betis",
"Sosyedad",
"Qranada",
"Vilyarreal", "Sportinq
Xixon",
"Saraqosa" ve "Rasinq"dən daha çox qol vurub. Ümumilikdə
isə Ronaldo Avropanın
beş aparıcı çempionatının yüksək
liqasında oynayan 98 komandadan 52-sini təkbaşına geridə
qoyub.
Ronaldo A seriyasında 9 komandadan - "Kyevo", "Atalanta", "Siena", "Kalyari", "Bolonya", "Fiorentina", "Leççe", "Novara" ve "Çezena" daha artıq qola imza atıb. 27 yaşlı hücumçu Almaniyada səkkiz komandadan - "Hannover 96", "Hoffenhaym", "Nürnberq", "Hamburq" "Aysburq", "Köln", "Herta" və "Kayzerslautern"dən daza artıq qola imza atıb. Ronaldo təkbaşına vurduğu qolların sayına görə İngiltərə Premyer Liqasında "Everton", "Stok Siti", "Vest Bromviç ", "Suonsi", "Aston Villa", "KPR", "Uiqan", "Bolton" ve "Vulverhempton"u keçə bilib. Avropa nəhənglərindən "Liverpul" isə Ronaldo ilə bərabər sayda qol vurub.