Millimizin növbəti heç-heçəsi
DÇ-2014 cü ilin seçmə mərhələsi çərçivəsində millimiz 14.11.2012
tarixində növbəti oyununa çıxıb.Azerbaycan komandası səfərdə Şimali
İrlandiyanın qonagı olub.Kamran Agayev,Mahir Şükürov,Reşad
Sadıqov,Əfran İsmayılovun yoxlugunda millimiz qələbə niyyəti ile
meydançaya çıxmışdılar.Oyun başlar başlamaz hücuma atılan meydan
sahibləri, gözlənilmədən öz qapılarında qol gördülər.Artıq matçın
5-ci dəqiqəsində Rauf Əliyevin uzaqdan möhtəşəm qol ilə önə
çıxdıq.Qoldan sonra tezyiqi artıran rəqib çoxlu hücumlar təşkil
etməyə başladı.Kəskinləsməyə baslayan yagış isə futbolçularımızın
işini dahada çətinləşdirdi.Lakin millimiz hesabı oyunun əsas
vaxtına kimi qoruyub saxlamagı bacardı.Hakim matçın sonuna 6 dəqiqə
əlavə etdi.Bu atdım gəzlənilən idi.Çünki,oyun zamanı
futbolçularımız tez-tez yere yıxılaraq tempi aşagı salmaga
çalışırdılar,bu da hakimin nəzərindən qaçmadı.Əlave olunmuş 6-cı
dəqiqədə rəqib istəyinə çatdı.Əlavə vaxtda Devid Hili cərimə
zərbəsi ilə hesabı bərbərləşdirdi.Buraxılan qol zamanı canli səddin
düzgün qurulmaması Şimali İrlandiyanın hesabı bərabərləşdirməsinə
gətirib çıxartdı.Oyun 1-1 hesabı ilə başa çatdı.
Matçdan sonra keçirilən mətbuat konfransında rəqib komandanın kapitanı oyun haqqında öz fikirlərini jurnalistlərlə bölüşüb:" Oyunun çətin kecəcəyini öncədən bilirdik.Qələbə qazanmaq üçün əlimizdən gələni etdik.Təəssüf ki , imkanlardan lazımınca yararlana bilmədik."