Çempionlar Liqası ilə bağlı 2 mühüm yenilik
UEFA Çempionlar Liqası ilə bağlı tarixi qərarlar verib.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 2018/19 mövsümündən etibarən eyni gündə baş tutacaq oyunlardan ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da keçiriləcək.
Bundan başqa, Avropa Liqasını qalib başa vurmuş komanda qitənin ən nüfuzlu klub turnirində mübarizəyə indiki kimi pley-off-dan yox, birbaşa qrup mərhələsindən qoşulacaq.