Əlaqə Arxiv
news Image
2021.01.22
17:27
| A A A
İngilis qapıçı bu qolla Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO

İngiltərənin 2-ci liqasında çıxış edən Uels klubu "Nyuport Kaunti"nin qapıçısı Tom Kinq yeni rekord müəyyənləşdirib.

Sport7.az xəbər verir ki, 26 yaşlı qolkiper "Çeltnem Taun"la matçda (1:1) fərqlənərək, ən uzaq məsafədən vurulan qolun müəllifi kimi "Ginnesin Rekordlar Kitabına düşüb. 96,01 metr məsafədən topu rəqib qapısından keçirən ingilis "Qarabağ"ın sabiq üzvü, hazırda "Bornmut"da oynayan Asmir Beqoviçin göstəricisini (91,9) yaxşılaşdırıb.
Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Sizin Reklam Yeriniz