Əlaqə Arxiv
news Image
2013.12.13
22:00
| A A A
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təyinatı ilə bağlı azerisport.az saytına açıqlama verib:

"Hər zaman mənə dəstək olan federasiya rəhbərliyinə və Neftçi İSM-ə təşəkkür edirəm. Şadam ki, idmanda qalmaqda davam edəcəyəm. Bundan sonra gənc nəslin yetişməsi üçün çalışacağam. İstəyirəm ki, Azərbaycanın yeni olimpiya və dünya çempionları olsun. Federasiyanın vitse-prezidenti kimi regionlara səfərlər edəcəyəm. İstedadlı yeniyetmələrin inkişafına kömək edəcəyəm. Cüdo hazırda inkişaf dövründədir. Bu dövrün davam etməsi üçün çalışmalıyıq. Ən əsas işim indi başlayır. Etimadı doğrultmaq üçün səylə çalışacağam".
Sizin Reklam Yeriniz