Kriştianu Ronaldu: "Qollarımı Eysebioya həsr edirəm"
"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu dünən "Selta Viqo" (3:0)
ilə oyundan sonra fikirlərini bölüşüb.
Milli.Az-ın məlumatına görə, Ronaldu
qollarını Eysebioya həsr etdiyini
bildirib.
Biz daha da artırmalıyıq. Mövsüm uzundur və biz rəqiblərimizə çatıb sonra onları keçmək istəyirik. Mənim üçün fərqi yoxdur, "Atletiko" - "Barselona" matçında kim qalib gələcək, onsuz da ikisindən biri xal itirəcək. Amma buna baxmayaraq, biz oyunlarımızda qələbə qazanmalıyıq.
Meydanda azarkeşlərin və İspaniyanın Eysebioya verdiyi hörməti mən yüksək qiymətləndirirəm. Biz çox yaxın idik. O mənə çox kömək edirdi. Əlbəttə, matçda vurduğum qolları ona həsr edirəm".