Əlaqə Arxiv
news Image
2014.04.17
15:29
| A A A
Fərid Mansurov: "Anama söz vermişəm. Böyük idmana qayıtmayacam"
Tanınmış güləşçi Olimpiya çempionu Fərid Mansurov bu fikirləri Day.az sayıtına müsahibəsində vürğulayıb: 
"Açığı deyim ki, məsələ heç də zədələrdə deyil. Bu gün də böyük idmana qayıda bilərəm. Sadəcə anama söz vermişəm. Onurğam, kəllə sümüyüm, qabırğalarım zədələnmişdi. Hər zaman narahatlıq, qorxu, göz yaşları və anamın inadı böyük idmandan getməkdən başqa yol buraxmadı mənə. Axı biz tək özümüz üçün yaşamırıq. Bizim doğma adamları üzməyə haqqımız yoxdur. Onurğam zdələndikdən sonra uzun müddət özümə gələ bilmədim. Çoxsaylı müalicələr heç bir nəticə vermirdi. Almaniyada əməliyyatdan bir neçə il sonra tədricən bərpa olundum. Zədəni 2004-cü ildə almışdım. İdmandan isə 2010-cu ildə uzaqlaşdım. Böyük idmana 1992-ci ildə gəlmişdim, 2010-cu ildə getdim. İdmanla keçən 18 il həyatımın ən yaxşı illəri olub".
Sizin Reklam Yeriniz