Hafiz Məmmədovun klubunda sevinc
"Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq
etdiyi "Lans" klubu Fransa ikinci liqasında mövsümün son matçına
çıxıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Land of Fire Azerbaijan" formalı komanda 38-ci turda səfərdə "Bastiya" ilə qarşılaşıb.
"Lans" autsayderlə görüşdə 2:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Anton Kambuarenin komandası 2011-ci ildə ikinci liqaya düşmüşdü.