Əlaqə Arxiv
news Image
2014.10.04
19:11
| A A A
Mourinyo: "Mən onu milli komanda üçün qorumayacam"

"Chelsea"nin baş məşqçisiJoze Mourinyo Diyeqo Koştabarəsində məsləhətininDel Bosketərəfindən etina edilməməsinə toxunub.

Movqe.az qol.az-a istinadən xəbər verir ki, portuqal məşqçi hər şeyə rəğmən, Koştaya İspaniya millisinin düşərgəsinə getməyə mane olmayacağını bildirib.

"Diyeqonun İspaniya millisinə çağırılmağı barədə xəbərə reaksiyam normal oldu. Çünki bunu gözləyirdim. Mənim üçün təəccüblü nəsə baş vermədi".

Mourinyo həmçinin forvardı İspaniya millisinin oyununa görə "Arsenal"a qarşı derbi matçında ehtiyatda saxlamayacağını dilə gətirib.

"Düşünürəm ki, Koşta üçün 1 həftədə 3 oyun çoxdur. Amma o, bunu etməlidir. Mən onu milli komanda üçün qorumaq fikrində deyiləm. "Arsenal"la qarşılaşmada Koşta meydanda olacaq".

Sizin Reklam Yeriniz