Neymara qarşı kobudluğa görə diskvalifikasiya olundu
"Villareal"ın yarımmüdafiəçisi Tomas Pina İspaniya
Kubokunun yarımfinal mərhələsində etdiyi hərəkətə görə İntizam
komitəsi tərəfindən cəzalandırılıb. Movqe.az Goal.az-a istinadən
xəbər verir ki, futbolçu Neymara qarşı sürüşmə fəndini sərt
icra etdyiniə görə 2 oyunluq diskvalifikasiya olunub. Bu qayda
pozuntusu matçın 65-ci dəqiqəsində qeydə alınmış və Pina birbaşa
qırmızı vərəqə alaraq meydanı tərk etmişdi.