Əlaqə Arxiv
news Image
2012.08.11
11:51
| A A A
Olimpiada-2012: Azərbaycan daha bir bürünc medal qazandı
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov 91 kq çəki dərəcəsində London Olimpiadasının bürünc medalını qazanıb. 

Apasport.az saytının xəbərinə görə, ən ağır çəkili boksçumuz finala gedən yolda italiyalı Roberto Kammarellinin gücünü yoxlayıb. 

Londonda daha öncə Meji Muanbanı (Konqo) və Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdıran Məhəmmədrəsul üçüncü rəqibinə də yerini göstərməyə yaxın olsa da, sonda məğlub olub. 

Belə ki, ilk raundu 2 xal irəlidə (6:4) bitirən idmançımız sonradan üstünlüyü əldən verib. Nəticədə ikinci raundda hesabı bərabərləşdirən Kammarelli son raundda 3:2 hesabı ilə qalib gəlib. Yekun hesabda 12:13 hesabı ilə məğlub olan Məcidov isə mübarizəni yarımfinalda dayandırıb. 

Bununla da, M. Məcidov Azərbaycan millisinin aktivinə 7-ci medalı əlavə edib.
Sizin Reklam Yeriniz