"Chelsea" kapitanl müqaviləni yenilədi
"Chelsea"nin müdafiəçisi Con Terri klubla müqaviləsinin müddətini
daha bir il uzadıb.Movqe.az Goal.az-a istindən xəbər verir ki,
Terrinin yeni müqaviləsi 2016-cı ilə kimi nəzərdə tutulub. 1998-ci
ildə "Chelsea"nin heyətində debüt edən ingilis futbolçu 661 oyunda
63 qol vurub. Bu göstəriciyə görə Terri "Chelsea"nin tarixində ən
məhsuldar müdafiəçidir. "Zadəganlar"ın forması ilə çıxış etdiyi 16
il ərzində 15 titul qazanan təcrübəli oyunçu İngiltərə millisində
də 78 dəfə meydana çıxıb.