Əlaqə Arxiv
news Image
2015.06.05
15:40
| A A A
Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar. Onlar federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Sonra xatirə şəkli çəkdirilib.

Sonra dövlət başçısı "Qafqaz Baku Sport Hotel"in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.


Sizin Reklam Yeriniz