"Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbəri qalib idmançısı ilə görüşüb
Dünən yunan-Roma güləşi üzrə yarışlarda bir neçə çəki
dərəcəsində qaliblər müəyyənləşdi. Movqe.az
Goal.az-a istinadən xəbər verir ki, "Neftçi İdman Klubu" İctimai
Birliyinin idmançısı Rəsul Çunayev bütün rəqiblərinə qalib gələrək
qızıl medala layiq görülüb. Yarışdan sonra "Neftçi İdman Klubu"
İctimai Birliyinin İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov
Avropa oyunlarında qızıl medal qazanan güləşçimizi təbrik edib və
gələcək karyerasında uğurlar arzulayıb.