Taekvondo üzrə yarışlarda iki qələbəmiz birdən...
I Avropa Oyunları çərçivəsində
taekvondo üzrə yarışlar davam edir. ANS PRESS-in məlumatına görə, Azərbaycan təmsilçisi Beigi
Herçeqani (-80 kq çəki dərəcəsi) Serbiyadan Damir Fejziclə ilkin
raundda üzləşib. İdmançımız 12:0 hesablı qələbə ilə adını 1/4
finala yazdırıb. Beigi növbəti
mərhələdə Böyük Britaniyadan olan Lutalo Məhəmməd ilə
münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan komanda üzvlərinin iştirakı ilə daha biri görüş baş
tutub. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van
Baaren Joyce ilə ilkin raundda üzləşib və 2:0 hesablı qələbə
qazanıb.
Qeyd edək ki, Fəridə dörddəbir finalda Türkiyədən Nur Tatarla qarşılaşacaq.
Qeyd edək ki, Fəridə dörddəbir finalda Türkiyədən Nur Tatarla qarşılaşacaq.