Əlaqə Arxiv
news Image
2015.06.21
00:30
| A A A
Azərbaycan gimnastı "Bakı 2015"də bürünc medal qazanıb
Oleq Stepko bu dəfə dayaqla tullanma növündə mükafatçılar sırasına düşüb

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko idman gimnastikasında dayaqla tullanma yarışında da medal qazanıb. Movqe.az-ın məlumatına görə, 21 yaşlı idmançı bürünc medala sahib olub.

Onun çıxışı 14,966 balla qiymətləndirilib. Qızıl medala 15,266 balla ukraynalı Oleq Vernyayev, gümüş medala isə 15,116 balla hollandiyalı Kasimir Şmidt layiq görülüb.

Qeyd edək ki, Oleq Stepko bu gün gimnastika atı ilə yarışda gümüş medal əldə edib. 

Sizin Reklam Yeriniz