Əlaqə Arxiv
news Image
2015.06.25
11:30
| A A A
Bu gün yarışacaq idmançılarımız - SİYAHI
"Bakı 2015"də Azərbaycan idmançıları bu gün 6 müxtəlif yarışda çıxış edəcək.
Movqe.az siyahını təqdim edir:

Qılıncoynatma, 09:00-dan etibarən
2012-ci il Olimpiya çempionu, azərbaycanlı qılıncoynadan Səbinə Mikina və Sevil Bünyadova cümə günü medal uğrunda mübarizədə iştirak edəcək ən güclü idmançılardır. Sablya ilə qılıncoynatma üsulu 3 növdən ən geniş yayılmış idman növüdür.

Boks 12:30-dan etibarən
Cümə günü Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın 4 güclü boksçusu medal uğrunda mübarizəyə qoşulacaq.
Anna Əlimərdanova (AZE) qadınlar arasında yarımyüngül çəki dərəcəsinin (51-54kq) yarımfinal mərhələsində Yelena Savelyeva (RUS) ilə üz-üzə gələcək.
Yüngülvari çəki dərəcəsində (52kq) mübarizə aparan Elvin Məmişzadə (AZE) finala çıxmaq üçün rəqibi Hamza Toubaya (GER) qalib gəlməlidir. Kollazo Sotomayor (AZE) isə yarımfinal mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64kq) rəqibi Viktor Petrovla (RUS) üz-üzə gələcək.

Cüdo 12:00-dan etibarən
2009-cu il Dünya Çempionatında bürünc, 2007-2008-ci il Avropa Çempionatında iki bürünc, 2006-cı il Avropa Çempionatında gümüş, Bakıda ötən il keçirilən "Böyük Dəbilqə" üzrə gümüş medal qazanan Kifayət Qasımova qadınlar arasında -57kq çəki dərəcəsində mübarizə aparacaq.
Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyev kişilər arasında -60kq çəki dərəcəsində tatami üzərində çıxış edəcək.

3x3 basketbol 15:00-dan etibarən
Azərbaycanın kişilər və qadınlardan ibarət voleybol komandaları ayrı-ayrılıqda Basketbol Arenasında seçmə mərhələlərdə mübarizə aparacaq.

Voleybol 19:30-dan etibarən
Azərbaycan komandası 19:30-da Türkiyə komandası ilə üz-üzə gələcək. Türkiyə 3-0 hesabla qalib olduqdan sonra A qrupunda iki komanda yenidən üz-üzə gəlib. Ancaq ev sahibi məğlubiyyəti təkrarlamaq niyyətində deyil.

Çimərlik futbolu 20:30-dan etibarən
Azərbaycanın kişilərdən ibarət komandası Çimərlik Arenasında keçiriləcək İsveçrə-Azərbaycan qarşılaşmasından öncə qumun istiliyinin bir qədər azalacağına ümid edir.
Sizin Reklam Yeriniz