Bekhem ailəsi ilə birlikdə tətilə çıxıb
Movqe.Az bildirir ki, "LA Galaxy"
komandasından ayrıldıqdan sonra ölkəsi İngiltərəyə qayıdan ulduz
futbolçu Devid Bekhem həyat yoldaşı Viktoria və dörd uşağı ilə
birlikdə Milad tətilini keçirmək üçün Maldiv adalarına gediblər.
Məşhur ailə qalmaq üçün 12 çimərliyə və 40 üzmə hovuzuna sahib
xüsusi bir otel seçiblər. "Sun" qəzetinin xəbərinə görə, xüsusi bir
dəniz təyyarəsiylə gəldikləri adada yerləşən oteldə 130 xüsusi
villa var. Adada 11 gecə qalacaq olan ailənin üç otaq kirayəyə
götürdüyü bildirilib. Otaqların bir gecəsi isə 8600 funt
sterlinqdir. Cütlüyə yaxın bir adamın qəzetə verdiyi müsahibədə,
Bekhemların Maldiv adalarındakı ən bahalı oteldə qaldıqlarını
söyləyib.