Əlaqə Arxiv
news Image
2013.01.10
14:22
| A A A
Millimiz Ukraynaya uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə qrupdakı son matçını keçirib. Yığmamız bu dəfə Ukrayna komandası ilə qarşılaşıb.
İki oyundan sonra aktivində 4 xal olan millimiz yenidən qrup liderliyini ələ keçirmək üçün Ukrayna yığmasını mütləq məğlub etməli idi. Lakin bu görüşdə rəqibinə 0:2 hesabı ilə uduzan millimiz qrupu 3-cü pillədə başa vurub. Beləliklə Ukrayna birinci, Çexiya ikinci, yığmamız üçüncü, Litva isə qrupun sonuncusu olub. Turnirin reqlamentinə görə ilk 4 qrupun qalibləri 1-4-cü pillə uğrunda mübarizə aparacaqlar. Qrup ikinciləri 5-8, üçüncülər 9-12, sonuncular isə 13-16-cı yerlər uğrunda yarışacaqlar. Qeyd edək ki, millimizin yer aldığı A qrupunun digər oyununda Çexiya və Litva yığmaları üz-üzə gəliblər. Bu oyun Çexiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sizin Reklam Yeriniz