Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, son oyun günündə iki
qarşılaşma keçiriləcək.
Günün ilk oyununda lider "Qəbələ" Sumqayıtda eyni adlı komandanın
qonağı olacaq. Son turda "İnter"i məğlub edə bilməyən Qriqorçukun
yetirmələri 3 xal qazanmaqla liderliyini möhkəmləndirmək
niyyətindədi.
Son çempion "Qarabağ" isə səfərdə "Neftçi" ilə üz-üzə gələcək.
Tarixinin ən pis günlərini yaşayan "ağ-qaralar"ın Ağdam klubu ilə
oyunda hansı nəticəyə imza atacağı maraqla gözlənilir.
25 oktyabr
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər
Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena"
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz
Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
8-ci kilometr qəsəbə stadionu