Totti müqaviləsini artırmağa hazırlaşır
İtaliya milli komandası ilə dünya çempionluğunu
bayram etmiş Romanın əfsanəvi futbolçusu Fransçeko Totti komandası
ilə müqaviləsini artırmağa hazırlaşır. Belə ki, Totti-nin hazırkı
müqaviləsi 2014-cü ildə bitəcək. Bu haqda "Roma" klubun baş
meneceri Franko Baldini ictimaiyyətə açıqlama verib: "Totti ilə
müqaviləni yeniləməyə təlsəmirik. Çünki onunla bu haqda müzakirə
aparmağa hələ çox vaxtımız olacaq. "Hazırda
onun nümaiş etdirdiyi futbol, yeni müqaviləyə laiq olduğunu
deyir. Totti Romanın simvoldur. Onu
komandamızda görmək bizim üçün şərəfdir.